Müğənnidən 100 milyon istəyirlər


Şou-biznes 01 Okt 2022 14:48:00 123 0

Müğənnidən 100 milyon istəyirlər

Britaniyalı müğənni Ed Şiran müəllif hüquqları ilə bağlı mühakimə olunur.

Son.az olay-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

O, bəstəkar Marvin Qayenin 1973-cü ildə yazdığı "Let's Get It On" hitini plagiat etməkdə ittiham olunur. Mahnı ilə oxşarlıq Şiranın 2014-cü ildə ikinci albomu "X"in bir hissəsi kimi işıq üzü görən "Thinking Out Loud" bəstəsində tapılıb.

"Thinking Out Loud"un qismən payına sahib olan "Structured Asset Sales" musiqiçidən 100 milyon dollar təzminat tələb edir.