Fransa Rusiyanın qərarını pisləyib


Dünya 30 Sen 2022 23:42:00 99 0

Fransa Rusiyanın qərarını pisləyib

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna əraziləri ilə bağlı qərarını pisləyib.

Son.az APA-ya istinadən bildirir ki, Emmanuel Makron deyib: "Mən Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojiye və Xerson vilayətlərinin qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm. Bu həm beynəlxalq hüququn, həm də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır".