Rusiya Zaporojyeni vurdu Ölən və yaralananlar var


Dünya 30 Sen 2022 23:57:00 101 0

Rusiya Zaporojyeni vurdu  Ölən və yaralananlar var

Rusiya Zaporojyedə mülki şəxslərin humanitar karvanını raket ilə vurub.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Milli Polisin rəhbəri İqor Klimenkonun sözlərinə görə, 30 nəfər ölüb, 88 nəfər yaralanıb.

"Ölənlər arasında iki uşaq var: 11 yaşlı qız və 14 yaşlı oğlan. 3 yaşlı qız da yaralanıb", - deyə Klimenko bildirib.

İ.Klimenko polislər arasında da itkilərin olduğunu bildirib.