"Ukrayna üçün heç nə dəyişməyəcək"


Dünya 30 Sen 2022 22:57:00 114 0

"Ukrayna üçün heç nə dəyişməyəcək"

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, ölkəsinin Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya tərəfindən ilhaqı ilə bağlı açıqlama verib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Kuleba bu haqda tvitter hesabında paylaşım edib:

"Ukrayna üçün heç nə dəyişməyəcək. Biz ərazi bütövlüyümüzü bərpa edərək sərhədlərimizi və xalqımızı azad etməyə davam edəcəyik".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişləri bu gün imzalayıb.