Reperin qətlində qadın və yeniyetmə şübhəli biliniblər VİDEO
Şou-biznes 30 Sen 2022 21:00:00 98 0
Soyğun zamanı qətlə yetirilən məşhur amerikalı reper və aktyor "PnB Rock"u (Rakim Haşim Allen) öldürməkdə şübhəli bilinən iki nəfər həbs edilib.
Son.az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, şübhəlilər qadın və yeniyetmədir.
Bundan başqa, yeniyetmənin hazırda azadlıqda olan atası da cinayətdə ittiham olunur.
Xatırladaq ki, "PnB Rock" Los-Ancelesdə restoranda sevgilisi Stefani Sibunheuanq ilə nahar edərkən qarət edilib və ölümcül yaralanıb. Polisin məlumatına görə, soyğunçunun qurbanı silahla hədələdiyi barədə görüntülər var.
Cinayətkar artistin bütün qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçmışdı.
Qeyd edək ki, musiqiçi və bəstəkar kimi də şöhrət qazanan mərhum rep ifaçısının ən populyar mahnısı "Selfish" olub.
Mənbə: milli.az