Tarixə düşən aktyor özünü yeni peşədə sınayacaq FOTO


Şou-biznes 30 Sen 2022 19:48:00 112 0

Tarixə düşən aktyor özünü yeni peşədə sınayacaq  FOTO

Amerikalı aktyor, prodüser, rejissor və ssenarist Tom Henks ilk romanını yazıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ulduzun "The Making of Another Major Motion Picture Masterpiece" ("Növbəti böyük kino şedevrinin yaradılması") adlanan romanı 2023-cü ildə işıq üzü görəcək.

"Bu kitabdakı hər bir personaj film çəkərkən, bir fəlsəfə kəşf edərkən və ya (hadisələrdən) vacib dərs alarkən yaşadığım nəyisə həyata keçirdir", - deyə aktyor bildirib.

Roman personajların ABŞ-dakı həyatının bir neçə dövrünü (1947, 1970 və indiki) təsvir edir.