Tehranda tələbələr aksiya keçirib VİDEO


Dünya 26 Sen 2022 18:52:00 107 0

Tehranda tələbələr aksiya keçirib  VİDEO

İranın paytaxtı Tehran şəhərində Tərbiyət Modərres Universitetində tələbələr etiraz aksiyası keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, tələbələr əvvəlki etiraz aksiyalarında saxlanılan tələbələrin azad edilməsini istəyiblər.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilib. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Son.az