Pantelleria adasında güclü yanğın: Corco Armani


Dünya 18 Avq 2022 08:19:00 123 0

Pantelleria adasında güclü yanğın: Corco Armani

İtaliyanın Aralıq dənizindəki Pantelleria adasında meşə yanğını başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, küləyin təsiri ilə sürətlə geniş əraziyə yayılan yanğın yaşayış məntəqələrinə doğru irəliləyib.

İtaliyanın Siciliya adası ilə Tunis arasında yerləşən adada yanğın günorta saatlarında başlayıb.

Sərt relyefli və yanğınsöndürənlərin sayının az olması səbəbindən qurudan müdaxilədə çətinlik yaşanıb.

Yanğın bölgəsinə yaxın olan bəzi villalarda təxliyə həyata keçirilib.