O da obrazına görə saçlarını kəsdi
Şou-biznes 17 Avq 2022 16:52:00 167 0
Türkiyəli aktrisa Hazar Ergüçlü "Netflix"də yayımlanacaq "Gönül" filminə görə radikal addım atıb.
Son.az axşam.az-a istinadən xəbər verir ki, ekran işində Erkan Kolçak Köstendillə tərəf müqabili olan aktrisa çəkiliş zamanı özü saçlarını kəsib. Onun bu addımı sosial şəbəkədə maraqla qarşılanıb.
Qeyd edək ki, daha öncə Ezgi Mola da "Masumlar apartmanı"ndakı obrazı üçün saçlarını özü kəsmişdi.
Mənbə: milli.az