Ruslar Dneprin sağ sahilini tərk edir


Dünya 14 Avq 2022 13:37:00 146 0

Ruslar Dneprin sağ sahilini tərk edir

Rusiya silahlı qüvvələrinin komandanlığının nümayəndələri Dnepr çayının sağ sahilini tərk edərək şərqə doğru geri çəkilir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim Teleqram kanalında yazıb.

"Bütün rəhbərlik Dneprdən geri çəkilir", - Kim qeyd edib.

Qərb analitikləri iddia edirlər ki, ukraynalılar körpüləri sıradan çıxarmaqla Dnepr çayının sağ sahilində Xersondan çox da uzaq olmayan Rusiya ordusu hissələrinin təchizat kanallarını pozmağa nail olublar.

Son.az