Əgər Rusiya və Çin birləşsə...


Dünya 29 Noy 2021 11:00:00 113 0

Əgər Rusiya və Çin birləşsə...

Rusiya-Çin hərbi əməkdaşlığı Qərb ölkələri üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Henri Cekson Cəmiyyətinin tədqiqatçısı və Rusiya üzrə ekspert İzabel Soukins deyib.

Mütəxəssis qeyd edib ki, Qərb üçün təhlükə yaradan təkcə Çinin iqtisadi gücü deyil, həm də miqyasının böyük olmasıdır:

"Rusiya və Çin birləşsə, onlar Amerikanı bir neçə yolla cilovlamaq istəyəcəklər. Amerika Rusiya və Çinlə təkbaşına mübarizə apara bilməyəcək. Onun Qərb tərəfdaşlarının köməyinə ehtiyacı olacaq".