“Erkan Özerman ağlını itirib” – Bizim “Best model”lər danışdı


Şou-biznes 25 Okt 2021 20:18:00 100 0

“Erkan Özerman ağlını itirib” – Bizim “Best model”lər danışdı

Xəbər verdiyimiz kimi, prodüser Tarix Əliyev (Tolik) Türkiyədəki "Best model" yarışması ilə bağlı qalmaqallara münasibət bildirib və Azərbaycandan gedən modellərin Erkan Özermanın əxlaqsız təkliflərini qəbul etdiyini iddia edib.

Son.az xəbər verir ki, yarışmanın beynəlxalq təşkilatçısı Pərviz Əzimzadə olay-a açıqlamasında prodüserin ittihamlarını təkzib edib:

"Onlarla əməkdaşlıq etdiyimiz müddətdə bu söhbətlərlə rastlaşmamışıq. Erkan Özerman Türkiyə şou-biznesini quran adamdır. Məsələn, bir çox tanınmış aktyor bu yarışmadan çıxıb. Sözügedən məsələlər doğrudur, ya yox deyə bilmərəm. Lakin Biz Türkiyədə olanda yalnız hörmət görmüşük. Bunlar Tolikin şəxsi fikirləridir".

"Best Model of the World 2007" birincisi Rüstəm Cəbrayılov da məsələdən xəbərdar olmadığını söyləyib:

"Birinci olduğum yarışmada 100-dən çox ölkə iştirak edirdi. Qətiyyən belə bir hal yaşanmayıb. Həmin söhbətlər yarışmanın adına xələl gətirə bilər. Erkan Özermanın da xeyli yaşı var. Bəlkə də son zamanlar ağlını itirib. Kim nə deyir, özü bilər. Amma mən sözügedən hallarla rastlaşmamışam".

"Best Model of the World 2010" yarışmasında ikinci olan Günay Musayeva isə bununla bağlı belə açıqlama verib: