Seda Sayan özündən 15 yaş kiçik sevgili tapıb?


Şou-biznes 25 Okt 2021 17:36:00 115 0

Seda Sayan özündən 15 yaş kiçik sevgili tapıb?

Türkiyənin məşhur müğənnisi Seda Sayanın özündən 15 yaş kişik kişi ilə sevişdiyi barədə iddialar yayılıb. 

Son.az lent.az-a istinadən xəbər verir ki, müğənninin  Ata Çağlayan ilə bir yerdə görülməsi də bu iddialara əsas yaradıb. 

Müğənninin sevgilisi və rəfiqəsi Safiya Soyman ilə birgə 5 saat nahar etməsi də diqqərdən yayınmayıb.

58 yaşlı müğənni Seda Sayanla sevişdiyi iddia edilən Ata Çağlayanın 43 yaşı var. Onun Banu Noyanla evliliyi 7 ay davam edib. 

Haqqında yayılan sevgi iddiasına necə cavab verəcəyi düşünülən Sayan bir müddət əvvəl susqunluğunu pozub. Sənətçi Çağlayanla eşq macərasının olmadığını, təşkilatçı kimi yalnız bir konsertində çıxış edəcəyini bildirib.