Könüldən Məhəbbətin oğluna CAVAB


Şou-biznes 25 Okt 2021 17:24:00 210 0

Könüldən Məhəbbətin oğluna CAVAB

Əməkdar artist Könül Kərimova növbəti dəfə qalmaqallı mövzu barədə açıqlama verib. Son.az lent.az-a istinadən xəbər verir ki, ifaçı "Həmin Zaur" verilişində bildirib ki, mərhum müğənni Məhəbbət Kazımovun ifa etdiyi "Laçınım" mahnısının müəllifidir: 

"Bu günə qədər deməyə ehtiyac yox idi deyə, demirdim. Amma yenə deyirəm: "Laçınım" mahnısının müəllifi mənəm. Mən heç zaman yalan danışmıram. Həmin bəstənin aranjimançısı Vüqar da sağdı. "Laçın" ansamblında fəaliyyət göstərir". 

Qeyd edək ki, M.Kazımovun oğlu Rəşid Kazımov "Laçınım" əsərini atasının yazdığını bildirmişdi. Hətta o, K.Kərimovanı bu iddiaya görə, məhkəmə ilə hədələmişdi:

"Könül xanım bəstəkar deyil. Buradan ona sual vermək istəyirəm, dediyi kimidirsə, niyə indi mahnı bəstələmir? Özü də danmır ki, onu Məhəbbət Kazımov sənətə gətirdi. K.Kərimovanın yerində başqaları da ola bilərdi. Seçimi belə etdilər, onu qabağa çəkdilər. Bir yerdə işlədilər. Sözügedən mahnının müəllifi atamdır. Hətta mənim şahidlərim də var. O vaxt M. Kazımov tək çalışırdı. Onun adını çəkdiyi insanlar- Yusif Mustafayev, Manaf Ağayev indiki kimi tanınmırdılar. Yadıma gəlir ki, bizim bir obyektimiz var idi, musiqiçilər gəlib-gedərdilər. Həmin şəxslər heç orada olmurdular. Burada suallar yaranır, nə üçün öz rayonlarından bir mahnı ərsəyə gətirə bilmirlər? Konül Kərimova mahnı bəstələmişdisə, niyə M.Kazımov sağ olanda demirdi? Öləndən sonra nə var ki danışmağa... Cəsarəti çatırdısa, özünə güvənən bir bəstəkar idisə, o vaxt deyərdi ki, mən yazmışam.