Emmanın üzünə nə olub?


Şou-biznes 25 Okt 2021 16:36:00 124 0

Emmanın üzünə nə olub?

Pandemiya dövründə efirlərdən uzaq gəzən müğənni Emma Ələkbərzadə sükutu pozub.  

Son.az olay-a istinadən xəbər verir ki, sənətçi uzun fasilədən sonra aparıcı Kamilə Babayevanın  yeni proqramında qonaq olub. Verilişdə Emmanın bacısı, Əməkdar artist Sevda Ələkbərzadə də yer alıb.  

Proqramdan əvvəl K. Babayeva hər iki tanınmış xanımla fotolarını instaqram hesabında paylaşıb.  Lakin Emmanın fotodakı görüntüsü müzakirə yaradıb. Belə ki, ifaçının üzündəki şişlik və yorğun halı diqqətdən yayınmayıb.