Monteneqro Telman İsmayılovu ekstradisiya etməyi planlaşdırmayıb


Dünya 25 Okt 2021 16:00:00 173 0

Monteneqro Telman İsmayılovu ekstradisiya etməyi planlaşdırmayıb

"Monteneqroda Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun Rusiyaya ekstradisiyası məsələsinə baxılmayıb".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu azərbaycanlı iş adamının vəkili Marina Rusakova deyib.

Onun sözlərinə görə, buna səbəb İsmayılovun siyasi sığınacaq alması olub. 

M.Rusakova, həmçinin qeyd edib ki, sadəcə bu məsələyə heç vaxt baxılmadığı üçün heç kim ekstradisiya məsələsindən imtina etməyib. 

"Telman İsmayılova siyasi sığınacaq verdilər. Onun beynəlxalq hüquq sahəsində mütəxəssis olan monteneqrolu vəkili Miloş Buksanoviç hesab edir ki, bu qərarı dəyişmək mümkün deyil", - deyə Rusakova əlavə edib.

Qeyd edək ki, T.İsmayılov barədə 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi başlanılıb və İnterpol xətti ilə axtarışa verilib. O, 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

"Çerkizov bazarı"nın keçmiş sahibi bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında saxlanılıb, 22-si isə siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılıb.