Əməkdar artist itkin düşüb


Şou-biznes 25 Okt 2021 14:51:00 96 0

Əməkdar artist itkin düşüb

Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya Moskvada itkin düşüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "TASS"a yerli hüquq-mühafizə orqanlarındakı mənbə məlumat ötürüb.

Bildirilib ki, aktrisa ilə sonuncu dəfə oktyabrın 21-də əlaqə saxlamaq mümkün olub. Hazırda yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

İlkin məlumata görə, S.Svetliçnaya demensiyadan (yaddaşı itirmək) əziyyət çəkir.