Mirkamil aylar sonra qayıtdı


Şou-biznes 25 Okt 2021 14:36:00 95 0

Mirkamil aylar sonra qayıtdı

Uzun müddət bundan əvvəl sosial şəbəkələrdən, TV və mediadan uzaqlaşan müğənni Mirkamil Kamilov qayıdıb. 

Son.az olay-a istinadən xəbər verir ki, "Xalq ulduzu" yarışması ilə məşhurlaşan sənətçi ötən gündən etibarən şəxsi instaqram hesabından paylaşımlar etməyə başlayıb.  Lakin Mirkamil əvvəlki foto və videolarını silib. 

Qeyd edək ki, ifaçı 2014-cü ildə ürəyindən əməliyyat olunmuşdu. Bundan sonra Mirkamilin səhhətində mütəmadi problemlər yaranmışdı. Hətta sənətçi tez-tez instaqramında qəribə postlar paylaşırdı.