Avropanın taleyi həll edilir
Dünya 25 Okt 2021 10:42:00 129 0
Polşa ilə Avropa Birliyi arasındakı münaqişə AB-nin taleyi üçün həlledicidir.
Son.az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov Teleqram kanalında yazıb.
Puşkovun fikrincə, Varşavanın mövqeyi güclüdür, çünki İngiltərənin üzvlükdən çıxmasından sonra AB-də vəziyyət kəskin şəkildə çətinləşib:
"Lakin vəziyyət Polşada liberal qüvvələr hakimiyyətə gəldikdən sonra dəyişə bilər. Görünür, Brüsselin də yatırım etdiyi budur", - deyə siyasətçi əlavə edib.
Qeyd edək ki, Polşa Konstitusiya Məhkəməsi baş nazir Moravetskinin sorğusuna cavab olaraq ümumi Avropa müqavilələrinin bəzi müddəalarının respublika konstitusiyasına zidd olduğunu təsdiqləyib.
Mənbə: milli.az