Bu ölkədə nazirlər həbs edildi,


Dünya 25 Okt 2021 09:10:00 163 0

Bu ölkədə nazirlər həbs edildi,

Sudanın Xartum ştatında 4 nazir, eləcə də yüksək rütbəli digər məmurlar həbs edilib.

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ordu bölmələri paytaxta bütün girişləri və körpüləri bağlayıb.

Saxlanılanlar arasında rabitə, informasiya, maliyyə, sənaye nazirlərinin də olduğu qeyd edilir. Xartum qubernatoru və ölkənin hakim Suveren Şuranın nümayəndələrindən biri də saxlanılıb. Həbslər davam edir.

Hərbçilərin Sudanın Baş naziri Abdullah Hamdukun evini mühasirəyə aldığı bildirilir. O, ev dustaqlığına buraxılıb.