Filippin sahillərində güclü zəlzələ olub


Dünya 08 Okt 2021 08:49:00 198 1

Filippin sahillərində güclü zəlzələ olub

Filippinin Luson adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu xəbər yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Batanqas əyalətində, Kalataqan bələdiyyəsindən 19 kilometr şimal-qərbdə, ocağı isə 131 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edilir ki, sözügedən zəlzələ iyulun 24-də baş verən 6,6 bal gücündə zəlzələnin afterşokudur.