Avtobusda dava düşdü, 3 nəfər girov oldu


Dünya 22 Sen 2021 09:01:00 301 0

Avtobusda dava düşdü, 3 nəfər girov oldu

Almaniyanın cənubundsa silahlı şəxs xaricdən gələn turist avtobusunda 3 sərnişini girov götürüb.

Hadisə Bavariyada baş verib.

Polis hər iki istiqamətdə yolu bağlayıb, xüsusi təyinatlılar əraziyə cəlb edilib.

Son.az Hanauer Anzeiger-ə istinadən bildirir ki, əməliyyat zamanı üç partlayış səsi eşidilib, ərazi polis helikopteri ilə işıqlandırılıb.

Hadisə Bavariya federal əyalətinin Orta Frankoniya bölgəsində baş verib. 30 yaşlı şəxs A9 avtomagistralı ilə Serbiyaya doğru hərəkət edən sərnişin avtobusunda 3 nəfəri girov götürüb.

Həmin avtobusda sərnişinlər arasında hələlik naməlum səbəbdən dava baş verib, iki nəfər yaralanıb.

Davadan sonra avtobus yol kənarında dayanıb, sərnişinlər avtobusu tərk ediblər. Avtobusun üç sürücüsü və girov götürməkdə şübhəli bilinən şəxs avtobusda qalıblar.