İranda daha 379 nəfər koronavirusdan öldü


Dünya 21 Sen 2021 17:46:00 254 0

İranda daha 379 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 379 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 117905 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 17564 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5459796 nəfərə çatıb.