Turizm üçün təhlükəli ərazilər


Dünya 21 Sen 2021 12:27:00 111 0

Turizm üçün təhlükəli ərazilər

Avropada koronavirusla bağlı vəziyyət qeyri-sabit olaraq qalır: bəzi ölkələr yavaş-yavaş "sağalır", digərlərində isə gərgin bir epidemioloji vəziyyət hökm sürür.

Son.az aviatravel.az-a istinadən xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) Fransa, Portuqaliya və İslandiyada COVID-19-la bağlı vəziyyətinin yaxşılaşdığını bəyan etsə də, Avropa İttifaqı ərazilərinin hələ də ciddi şəkildə əziyyət çəkdiyini vurğulaylb.

Avropa Mərkəzinin məlumatında yalnız 3 ölkə və 1 region yaşıl siyahıya daxil edilib: Çexiya, Macarıstan və Polşa və bu yaxınlarda İspaniyanın Asturias bölgəsi. Bu ölkələrdə və İspaniyanın əyalətlərində az sayda infeksiya hadisəsi qeydə alınıb. Bu səbəbdən də turistlərin bu istiqamətlərə səyahətləri təhlükəsizdir. Yəqin ki, hamısı budur. İstiqamətlərin qalan hissələri bu və ya digər şəkildə təhlükəli rənglərlə işarələnib.

Digər tərəfdən, ECDC-nin 16 sentyabrda yaydığı məlumatlara əsaslanaraq, İslandiya və Portuqaliya, son 14 gündə 4 % və ya daha çox müsbət test dərəcəsi ilə 100,000 əhaliyə düşən 50-dən az COVID-19 hadisəsi olduğunu bildiriblər. SchengenVisaInfo xəbər verir ki, bu səbəbdən də onlar indi narıncı siyahının bir hissəsidir. Bu iki ölkəyə əlavə olaraq, ərazilərində koronavirusla bağlı vəziyyət bir qədər yaxşılaşdığından Fransanın bir neçə bölgəsi narıncı zonaya düşüb.

Keçən həftə xəritədə narıncı rənglə işarələnmiş ölkələrin tam siyahısı aşağıda kimi verilib:

Portuqaliya, İslandiya, Slovakiya, İspaniyanın bölgələri: Qalisiya, Ekstremadura, Navarra, La Rioja

İtaliyanın bölgələri: Sardiniya, Toskana, Marçe,