İqlim dəyişiklikləri bəşəriyyəti quldarlığa qaytarır


Dünya 21 Sen 2021 11:42:00 109 0

İqlim dəyişiklikləri bəşəriyyəti quldarlığa qaytarır

İqlim dəyişikliklərinin daha bir fəsadı milyonlarla insanın yaxın onilliklər ərzində faktiki olaraq köləyə çevrilməsidir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (International Institute for Environment and Development, IIED) növbəti hesabatında bildirlir.

Hesabatda qeyd olunur ki, xüsusən də yoxsul ölkələrdə kənd təssərrüfatı ilə məşğul olan insanların öz gəlir mənblərindən məhrum olması onların kütləvi şəkildə şəhərlərə axın etməsi və kölə əməyinə razılaşmasına səbəb olur.

Miqrantların bir çoxu borc asılılığına düşür və bir ömür boyu ondan yaxa qurtara bilmir.