Meksikada hədiyyə qutusundan bomba çıxdı


Dünya 21 Sen 2021 08:58:00 104 0

Meksikada hədiyyə qutusundan bomba çıxdı

Meksikada doğum gününə göndərilmiş hədiyyə paketinə bomba qoyulub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Quanacuata vilayətinin Salamanka şəhərində baş verib.

Belə ki, bir restoranda doğum günü şənliyi təşkil edən iş yeri sahibinə göndərilən bombalı hədiyyənin açılması iki nəfərin ölümünə, dörd nəfərin yaralanmasına səbəb olub.

Partlayışda ölənlərdən biri doğum gününü qeyd edən məkan sahibidir.