Misir iqlim konfransına ev sahibliyi etməyə hazırdır


Dünya 21 Sen 2021 08:03:00 136 0

Misir iqlim konfransına ev sahibliyi etməyə hazırdır

Misir 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etməyə hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, Misir prezidenti Abdel Fəttah əs-Sisi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində iqlimlə bağlı bağlı iclasda çıxış edərək bildirib.

Prezident Aparatının rəsmi nümayəndəsi Bassam Rada rəsmi "Facebook" səhifəsində yazıb ki, prezident gələn il BMT -nin iqlim dəyişikliyi ilə bağlı konfransını Afrika adından keçirməyi təklif edib.

B.Rada əlavə edib ki, ölkə prezidenti Qahirənin bu zirvə görüşünü iqlim problemləri üzrə beynəlxalq səylərdə əsaslı bir dönüş nöqtəsinə çatdırmaq üçün bütün tərəflərlə Afrika qitəsinin və dünyanın naminə koordinasiya olaraq çalışacağını vurğulayıb.