Bu məşhur aparıcı da "Spase" kanalına gəldi


Şou-biznes 20 Sen 2021 14:22:00 111 0

Bu məşhur aparıcı da "Spase" kanalına gəldi

Aparıcı Hüsniyə Məhərrəmova uzun fasilədən sonra efirə qayıdır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, yeni mövsümdən "Space" telekanalında çalışacaq.

Belə ki, kanalda Türkiyədə məşhur olan "40 soru" layihəsinin bənzəri hazırlanır. Onun aparıcılığı əvvəlcə aktrisa Zümrüd Qasımovaya təklif edilib. O, "Xəzər TV"də çalışdığı üçün layihədən imtina edib.

Sözügedən veriliş üçün bu dəfə Hüsniyə Məhərrəmova seçilib.