"Hərəkət etməyim çətinləşib"


Şou-biznes 18 Sen 2021 13:18:00 137 0

"Hərəkət etməyim çətinləşib"

Britaniyalı 74 yaşlı müğənni-bəstəkar Elton Con budundan ciddi zədə alıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi Tvitter hesabında yazıb. Hazırda müalicə alan sənətçi bu səbəbdən Avropa turnesini təxirə saldığını bildirib:

"Yayın sonunda yerə yıxıldım və o zamandan bəri budumda şiddətli ağrı və narahatlıq hiss edirəm. İntensiv fizioterapevtik və ixtisaslaşdırılmış müalicəyə baxmayaraq, ağrı artmağa davam edir və hərəkət etməyim çətinləşib. Həkimlər əvvəlki formama qayıtmaq üçün mənə mümkün qədər tez əməliyyat olunmağımı məsləhət gördülər. Söz verirəm ki, gələn il konsert turnemə davam edəcəm".