Ermənistanda koronavirusdan ölənlərin sayı 5 101ə yüksəlib


Dünya 17 Sen 2021 12:44:00 89 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 5 101ə yüksəlib

Ermənistanda daha 759 nəfər COVID-19-a yoluxub.

Son.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 252 082-yə çatıb. Son sutkada koronavirusdan 26 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 101-ə yüksəlib.

Koronavirusa yoluxan 235 030 nəfər sağalıb. Hazırda 10 766 pasiyent müalicə olunur.