"İnsanları niyə azaltmaq istəyirlər? Çünki..." Xatirə özündən çıxdı
Şou-biznes 30 İyl 2021 13:16:00 126 0
"Allahım, özün kömək ol. Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər. Çünki dünyanı dağıdan, yandıran insandır".
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Türkiyədə baş verən yanğınlarla bağlı paylaşım edən sənətçi sözlərinə belə davam edib:
"Təbiəti məhv edib, heyvanları öldürən, ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda "butulka" zibilliyi yaradan insandır. Nə bilim... Allahım, kömək ol bizə, ya da dəyiş bizi, beynimizi düzəlt".
Mənbə: milli.az