Ermənistanda COVID19a yoluxanların sayı 229 867yə çatıb
Dünya 30 İyl 2021 12:52:00 104 0
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 264 yoluxma halı qeydə alınıb.
Son.az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 229 867-yə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 4 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4608 nəfərə çatıb.
Mənbə: milli.az