Koronavirus vətəninə qayıdır “Delta” ştammı Çində


Dünya 30 İyl 2021 12:25:00 136 0

Koronavirus vətəninə qayıdır  “Delta” ştammı Çində

Çində koronavirusa yeni yoluxma faktları qeydə alınıb.

Son.az xəbər  verir ki, bu barədə "CNN" saytı məlumat verib.

Yeni yoluxmalar Çinin Nankin şəhərində qeydə alınıb. Yoluxanların əksəriyyətində isə virusun "Delta" variantının simptomları müşahidə olunub. Ölkədə sözügedən ştamma ilk yoluxma faktı isə məhz iyulun 28-də baş verib. Çində son iki gün ərzində ümumilikdə 49 nəfərin virusun cənginə keçdiyi bildirilir. Qeyd edək ki, çərşənbə gününə qədər Çində "Covid-19" virusuna 6 aya yaxındır ki, heç bir yoluxma qeydə alınmayıb.