"Onun qəfil gedişi məni yandırdı" Sevda Əliqızı


Şou-biznes 29 İyl 2021 19:48:00 174 0

"Onun qəfil gedişi məni yandırdı"  Sevda Əliqızı

Müğənni Sevda Əliqızı "Səhər-səhər" proqramında yaxın günlərdə koronadan dünyasını dəyişən həmkarı, illərdir birgə çalışdığı Səməd Səmədovdan danışıb.

Son.az sherg.az-a istinadən xəbər verir ki, o, mərhumun xəstələnməsini məclislərdən birində eşitdiyini söyləyib:

"Mənim üçün çox ağırdır. İki gün əvvəl Turalla ev şənliyində rastlaşdıq. O dedi ki, Sevda xanım, Səməd müəllim  koronadır. İnanmaq istəmədim, o qədər pozitiv insan  idi ki, xəstələnməyi ona yaraşdırmadım. Zəng etdim, danışdıq. Xırıltı ilə, təngənəfəs danışırdı . Soruşdum ki, nə olub sənə? Dedi, Seva, koronaya yoluxmuşam.  Söylədim ki, fikir etmə, buna da qalib gələcəksən, dualarım səninlədir. Dedim  ki, dincəl, sabah danışarıq. İmkan olmadı. Saat 5-də dünyasını dəyişib, 6-da  mənə xəbər verdilər. Özümə yer tapa bilmirəm. Yazırlar, zəng edirlər, cavab verməyə halım yoxdur. Onun qəfil gedişi məni yandırdı. On beş il az müddət deyil, ondan da qabaq ailə dostu idik. Ağzı göyçək adamlar qınayırlar ki, bundan əvvəl belə, elə idi. Sənətlə dostluq başqadır. Biz daim dostluq edirdik. Hətta, yaxın zamanda həyat yoldaşı yazdı ki, Səmədlə duetlərinizi göndər. Söylədim ki, hamısı "YouTube"də var. Cavab verdi ki, yükləyə bilmirəm, sən göndər. Atdım, sonra İnstaqramda paylaşdı. Hələ də özümə gələ bilmirəm. Şokdayam" .

Sənətçi deyib ki, S.Səmədovla yenidən duet oxumaq fikirləri olub: