Muraddan istifadə edib bahalı əşyalar alırmış


Şou-biznes 29 İyl 2021 19:36:00 121 0

Muraddan istifadə edib bahalı əşyalar alırmış

"Survivor" yarışmasının aparıcısı Murad Ceylanın sevgilisi Pınar Tartandan ayrılma səbəbi ortaya çıxıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Murad bitmək bilməyən istəklərinə və ondan istifadə etdiyinə görə Pınardan ayrılıb.

"Davamlı olaraq məndən bahalı şeylər istəyirdi. Həmişə məşhur markalara üstünlük verirdi. Bir müddət sonra münasibətimizdə sevginin olmadığının fərqinə vardım.

Məndən istifadə etməyə başladığını hiss etdiyim an ondan soyudum. Birlikdə olmağımızın mənası qalmadı. Münasibətimizi bitirdim" deyə, Muradın yaxın çevrəsi ilə ayrılıq səbəbini bölüşdüyü bildirilib.