Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb


Dünya 26 Noy 2020 08:08:00 128 0

Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 603 nəfərə çatıb.