Bayden Blinkenlə bağlı xəbəri təsdiqlədi


Dünya 24 Noy 2020 10:33:00 131 0

Bayden Blinkenlə bağlı xəbəri təsdiqlədi

ABŞ-da prezident seçkilərində qalib gələn Co Bayden Dövlət katibi vəzifəsinə Entoni Blinkeni gətirəcəyini təsdiqləyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət strukturunu yenidən quran Bayden KİV-ə açıqlamasında xarici siyasətdə ona dəstək olan E. Blinkonu sözügedən vəzifəyə təyin edəcəyini təsdiq edib.

Qeyd edək ki, 58 yaşlı Blinken Barak Obamanın prezidentliyi dövründə Amerika dövlət katibinin müavini (2015-2017-ci illər), beynəlxalq təhlükəsizlik xidmətinin köməkçisi vəzifəsində çalışıb.