Gürcüstanın infeksionist həkimləri həyəcan təbili çalırlar


Dünya 23 Noy 2020 21:20:00 156 0

Gürcüstanın infeksionist həkimləri həyəcan təbili çalırlar

Gürcüstanda epidemioloji vəziyyət həddən artıq ciddidir. Təcili tədbirlər görülməlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın infeksionist həkimləri məlumat yayıblar. İnfeksionistlər ölkədə yeni məhdudiyyətlərin tətbiqini tələb edirlər.

Onların sözlərinə görə, klinikalarda pasiyentlər üçün boş yer qalmayıb, həkim çatışmazlığı var.

Belə davam edəcəyi halda səhiyyə sistemi vəziyyətə tab gətirməyəcək.