Ermənistanda daha 24 nəfər koronavirusdan öldü
Dünya 23 Noy 2020 13:13:00 161 0
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 485 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.
Son.az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək COVID-19-a yoluxanların sayı 126 709 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1 976 nəfərə çatıb.
Ermənistanda xəstəlikdən sağalanların sayı 95 099 nəfərdir.
Mənbə: milli.az