Fransada son sutka ərzində 1138 nəfər koronavirusun qurbanı olub


Dünya 22 Noy 2020 20:24:00 134 0

Fransada son sutka ərzində 1138 nəfər koronavirusun qurbanı olub

Fransada son sutka ərzində COVID-19-dan 381-i xəstəxanalarda, 757-i isə qocalar evlərində olmaqla, 1138 ölüm faktı qeydə alınıb. Koronavirusa yeni yoluxma isə 22 882 nəfər təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, epidemiya başlayandan SARS-C0V-2 virusuna 2 109 170 nəfər yoluxub. Epidemiya başlayandan 32 978-i xəstəxanalarda olmaqla, ümumilikdə 48 265 nəfər koronavirusun qurbanı olub.