Rusiyada güclü vulkan püskürməsi olub


Dünya 30 Okt 2020 13:07:00 229 0

Rusiyada güclü vulkan püskürməsi olub

Rusiyanın Kamçatka yarımadasında güclü vulkan püskürməsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Karımski vulkanı püskürmə nəticəsində 6 kilometr hündürlüyədək kül sovurub.

Qeyd olunur ki, kül buludu vulkandan 24 kilometr məsafəyədək yayılıb. Hazırda vulkanın davam edən aktivliyinin aşağıdan uçan təyyarələr üçün təhlükə törədə biləcəyi deyilir.