Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb


Dünya 24 Sen 2020 07:45:00 126 0

Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 32 milyon nəfəri ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə pandemiyanın statistikasını aparan "Worldometer" saytı bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 32 milyon 110 nəfərə çatıb. Onlardan 978 985 nəfəri ölüb, 23 556 281 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 119 713), Hindistanda (5 727 750) və Braziliyada (4 602 241) qeydə alınıb.