Koronavirus toy biznesinə ciddi ziyan vurdu


Dünya 23 Sen 2020 23:46:00 124 0

Koronavirus toy biznesinə ciddi ziyan vurdu

Çində yayılan koronavirus digər ölkələrdə kiçik və orta sahibkarlara ziyan vurur.

Son.az xəbər verir ki, nikaha daxil olan cütlüklər Çindən gətirilən gəlinlikləri istifadə etməkdən imtina edirlər.

Kaliforniya ştatında gəlinlik mağazasının sahibi Anjela Jourdan Çindən parça, ipək, gəlinlik və toya aid digər əşyaları gətirə bilmədikləri üçün biznesində durğunluq yarandığını bildirib.

"Çinlə ticarət əlaqələrimiz bərpa olunmasa, sahibkar kimi fəaliyyət göstərməyimiz mümkün olmayacaq", - deyə A.Jourdan vurğulayıb. (publika.az)