Ermənistanda COVID19a yoluxanların sayı 39 586 nəfərə çatıb


Dünya 05 Avq 2020 13:04:00 163 0

Ermənistanda COVID19a yoluxanların sayı 39 586 nəfərə çatıb

Ermənistanda son sutkada daha 288 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 2 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 770 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 30 850 nəfərdir.