Bitkoinin qiyməti 12 min dolları ötüb


Dünya 02 Avq 2020 10:44:00 194 0

Bitkoinin qiyməti 12 min dolları ötüb

Bitkoinin qiyməti 12 min dolları ötüb.

Son.az bildirir ki, Trend-in elektron kriptovalyuta birjasına istinadən verdiyi məlumata görə, saat 08:07 üçün bitkoinin qiyməti 12 001 dollara çatıb.

Bildirilir ki, bitkoinin qiyməti 2019-cu ilin avqust ayından sonra ilk dəfə 12 min dollar səviyyəsini keçib.

Qeyd edək ki, bitkoinin maksimal qiyməti 2017-ci ilin dekabr ayında 20 min dollar olub.