Xəstəxanadakı oksigen balonları partladı,


Dünya 01 İyl 2020 10:19:00 338 0

Xəstəxanadakı oksigen balonları partladı,

İranın paytaxtı Tehrandakı xəstəxanada baş verən partlayış nəticəsində azı 19 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, dəhşətli hadisənin səbəbi xəstəxanadakı oksigen balonlarının partlamasıdır. Bunu dövlət televiziyasına açıqlamasında qubernator müavini Həmid Reza söyləyib.

Məlumata görə, ölənlərin 15-i qadın, 4-ü kişi cinsi nümayəndələridir.

Hadisə yerinə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib. Onlar 20 nəfərin həyatını xilas edə biliblər.

Partlayış baş verən zaman əməliyyat edilənlər də olub.

Qeyd edək ki, Səhiyyə Nazirinin müavini Iraj Harirçi ilkin açıqlamada bildirmişdi ki, Sina At'har sağlamlıq mərkəzində baş verən partlayış nəticəsində 10 qadın və 3 kişi ölüb.

Son.az hadisə ilə bağlı görüntüləri təqdim edir:

Bəxtiyar Umarlı Son.az