“Ryanair” avia-şirkətinə məxsus təyyarə məcburi eniş edib, 33 sərnişin xəsarət alıb


Dünya 14 İyl 2018 13:01:50 274 0

“Ryanair” avia-şirkətinə məxsus təyyarə məcburi eniş edib, 33 sərnişin xəsarət alıb

Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib

“Ryanair” avia-şirkətinə məxsus təyyarənin Almaniyanın Frankfurt-Xan hava limanında məcburi eniş etməsi nəticəsində 33 sərnişin xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin məcburi eniş etməsinə səbəb olaraq, göyərtədə təzyiqin düşməsi göstərilib.

Təyyarə İrlandiyanın paytaxtı Dublin şəhərindən Xorvatiyanın Zadar şəhərinə uçurmuş. Təyyarənin göyərtəsində 189 sərnişin olub. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib.