“Baxın kölgəsində” adlı möhtəşəm konsert proqramı təqdim olundu
Digərləri 13 Fev 2026 17:55:00 97 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Baxın kölgəsində" adlı möhtəşəm konsert proqramı təqdim olundu. Dirijor Əyyub Quliyevin rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - İrina Bısova (faqot) və Alim Sadıxov (qoboy) dinləyicilər qarşısında çıxış edib.
Bu xəbəri də oxu: Bakıda hoteldə gənc oğlan meyiti tapıldı
Proqram Barokko dövründən XX əsrədək uzanan musiqi xəttində, böyük alman bəstəkarı İ.S.Bach-ın yaradıcılığına və onun musiqi irsinin müxtəlif dövrlərdə necə əks-səda tapmasına həsr olunmuşdu.
Konsertdə İ.K.Bach-ın 2 nömrəli Simfoniyası (Es-dur, op.9), A.Marcello-nun Qoboy və orkestr üçün konserti (d-moll) və İ.S.Bach-ın faqot və orkestr üçün konserti (Es-dur) səsləndi.
Proqramın növbəti hissəsində XX əsr musiqisinin baxış bucağı təqdim olundu. H.Villa-Lobos-un 4 nömrəli "Braziliya Baxianası" əsəri Braziliya milli musiqi elementləri ilə Bach polifoniyasının sintezini parlaq boyalarla nümayiş etdirdi.
Ardınca A.Pärt-ın "Bach" mövzusuna kollajı ("Toccata", "Sarabande", "Ricercar") səsləndi. Minimalist üslubda yazılmış bu əsər barokko formalarına müasir fəlsəfi yanaşmanı əks etdirərək dinləyiciləri düşüncəli və meditativ atmosferə köklədi.
Konsert latviyalı bəstəkar P.Vasks-ın "Cantabile" əsəri ilə yekunlaşdı. Dərin lirizm və daxili dramatizm üzərində qurulan bu kompozisiya axşamın emosional kulminasiyası oldu.
"Baxın kölgəsində" adlı konsert proqramı müxtəlif dövrlərin musiqi dillərini bir səhnədə birləşdirərək, böyük ustadın irsinin zaman və məkan sərhədlərini aşan təsirini bir daha nümayiş etdirdi. Axşam tamaşaçılar tərəfindən alqışlarla qarşılandı və uzun müddət yaddaşlarda qalacaq musiqi hadisəsinə çevrildi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə əlaqədar bəzi marşrutla
Dünya pop ulduzu Madonna şəxsi həyatı ilə yenidən diqqət mərkəzinə d
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar t�
Azərbaycanlı həkim Türkiyədə küçədə yaralının həyatını xilas edib
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "MAN" markalı yük
Hər il olduğu kimi, 14 Fevral - Sevgililər Günü ərəfəsində paytaxt və
"Öz aramızda" verilişinin canlı efirində müğənnilər Elnar Xə
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Novruz və Ramazan bayramları
Çindən bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr v
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında etdiy
13 fevral tarixində ən böyük IT şirkətlərinin səhmlərində kəskin eni�
Türkiyənin Antalya vilayətinin 7 rayonunda sel təhlükəsinə görə məktə
Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Gəray qızı Sadiqli vəfa
Həbrçilərin pensiyalarının hesablanma qaydası qanunda öz əksini tapıb.
