Hərbçilərin pensiyası belə hesablanacaq İZAH


Digərləri 13 Fev 2026 15:40:00 78 0

Hərbçilərin pensiyası belə hesablanacaq  İZAH

Həbrçilərin pensiyalarının hesablanma qaydası qanunda öz əksini tapıb.

Son.az xəbər verir ki, hərbi qulluqçular aşağıdakı hallarda pensiyaya çıxmaq hüququna malikdirlər:

Əgər şəxs hərbi xidmətdə və ya hüquq-mühafizə və xüsusi xidmət orqanlarında 20 il və daha çox xidmət edibsə, o, xidmət illərinə görə pensiya almaq hüququ qazanır. Digər kateqoriyaya isə ümumi iş stajı 25 il və daha çox olan şəxslər daxildir. Bu şəxslərin ümumi əmək fəaliyyətinin ən azı 12 il 6 ayı hərbi və ya xüsusi xidmət orqanlarında keçməlidir. Eyni zamanda bəzi şəxslər xidmət müddəti bitmədən də pensiya hüququ əldə edə bilər. Əgər şəxs: yaş həddinə görə, xəstəlik və ya sağlamlıq imkanlarının məhdudlaşmasına görə, ştatların ixtisarı səbəbindən xidmətdən azad olunubsa, və həmin vaxt 45 yaşı tamam olubsa, ümumi iş stajı 25 ildən çoxdursa və bunun ən azı 12 il 6 ayı hərbi və ya xüsusi xidmət orqanlarında keçibsə, bu şəxslər də pensiya ala bilirlər. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və hərbi xidmətdə və ya orqanlarda ən azı 15 il xidmət etmiş şəxslərə də xüsusi güzəştli pensiya hüququ verilir.

Pensiya məbləği necə hesablanır?

Pensiyanın məbləği xidmət müddətindən və xidmətdən azad olunma səbəbindən asılı olaraq dəyişir.

Əgər hərbi qulluqçu 20 il xidmət edibsə, ona əmək təminatının (maaş və digər təminatların hesablandığı məbləğin) 50 faizi həcmində pensiya təyin olunur.

Əgər şəxs sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız sayılaraq xidmətdən azad edilibsə, bu göstərici 55 faiz olur.

20 ildən artıq xidmət edən şəxslərin pensiyası isə artırılır. Hər əlavə xidmət ili üçün pensiyaya əlavə 3 faiz hesablanır.

Yaşa görə xidmətdən azad edilən və ümumi iş stajı 25 ildən çox olan şəxslərə təminat məbləğinin 50 faizi həcmində pensiya verilir. 25 ildən artıq hər əlavə il üçün pensiya 1 faiz artırılır.

Əgər şəxs xəstəlik, sağlamlıq məhdudiyyəti və ya ştatların ixtisarı səbəbindən xidmətdən azad olunubsa, bu zaman pensiya təminat məbləğinin 55 faizi həcmində hesablanır. 25 ildən artıq hər əlavə iş ili üçün yenə 1 faiz əlavə olunur.

Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən və azı 15 il xidmət stajı olan şəxslərə isə təminat məbləğinin 50 faizi həcmində pensiya verilir və 15 ildən artıq hər əlavə xidmət ili üçün 3 faiz əlavə edilir.

Vətəndaşlar nəyə diqqət etməlidir?

Pensiya hüququnun düzgün hesablanması üçün şəxslər öz xidmət müddətlərini, ümumi əmək stajını və xidmətdən azad olunma səbəbini dəqiq sənədlərlə təsdiqləməlidirlər. Əmək kitabçası, xidmət dövrünü təsdiq edən arayışlar və tibbi sənədlər bu prosesdə əsas rol oynayır.

Əgər şəxs pensiya hüququ ilə bağlı tərəddüd yaşayırsa, aidiyyəti dövlət qurumlarına müraciət etməsi və rəsmi məlumat alması tövsiyə olunur.

 

Xəbərə aid fotolar

Sumqayıtda "Göyərçin" abidəsi ətrafında nə baş verir?  RƏSMİ like
  • 13 Fev 15:37  
Digərləri Sumqayıtda "Göyərçin" abidəsi ətrafında nə baş verir? RƏSMİ

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "Göyərçin" abid

arrow Ətraflı
"Ölürəm evlənməkdən ötrü" like
  • 13 Fev 15:20  
Şou-biznes "Ölürəm evlənməkdən ötrü"

"Ailə qurmaq üçün ölürəm"

arrow Ətraflı
Prezident İlham Əliyev Almaniyaya səfərə gedib  FOTO like
  • 13 Fev 15:06  
Siyasət Prezident İlham Əliyev Almaniyaya səfərə gedib FOTO

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye

arrow Ətraflı
Günay Ağamalı qəza törədib?  AÇIQLAMA like
  • 13 Fev 15:04  
Digərləri Günay Ağamalı qəza törədib? AÇIQLAMA

KİV-də deputat Günay Ağamalı qəza törətməsi ilə bağlı xəbərlər ya

arrow Ətraflı
Pakistanda güclü zəlzələ oldu like
  • 13 Fev 14:56  
Dünya Pakistanda güclü zəlzələ oldu

Pakistanda 5.5 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
Terror maliyyələşdirən iki azərbaycanlıya hökm oxundu like
  • 13 Fev 14:35  
Digərləri Terror maliyyələşdirən iki azərbaycanlıya hökm oxundu

Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən Əbdülsaməd Atayev

arrow Ətraflı
Azərbaycanda seysmoloji vəziyyət necədir? like
  • 13 Fev 14:34  
Digərləri Azərbaycanda seysmoloji vəziyyət necədir?

Dünən İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İ

arrow Ətraflı
Komediyaxananın aktrisası QORXULU anlar yaşadı like
  • 13 Fev 14:30  
Şou-biznes Komediyaxananın aktrisası QORXULU anlar yaşadı

"Komedixana"nın aktrisası Mələk Kazımovanın robotla qarşılaşd

arrow Ətraflı
Bakıda hoteldə gənc oğlan meyiti tapıldı like
  • 13 Fev 14:03  
Digərləri Bakıda hoteldə gənc oğlan meyiti tapıldı

Bakıda hoteldə 25 yaşlı oğlanın meyiti tapılıb.

arrow Ətraflı
"Həmişə istəmişəm ki, 5 qızım olsun" like
  • 13 Fev 13:42  
Şou-biznes "Həmişə istəmişəm ki, 5 qızım olsun"

Müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayramov açıqlama

arrow Ətraflı
5 nəfərə 200 mindən çox pul “atan” müəllimin cəzası BƏLLİ OLDU like
  • 13 Fev 13:41  
Kriminal 5 nəfərə 200 mindən çox pul “atan” müəllimin cəzası BƏLLİ OLDU

Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara kü

arrow Ətraflı
İran üzərindən uçuşlar dayandırılır – Təhlükə elan edildi like
  • 13 Fev 13:32  
Dünya İran üzərindən uçuşlar dayandırılır – Təhlükə elan edildi

Avropa Birliyinin aviasiya təhlükəsizliyi orqanı Aİ aviaşirkətlərinə 31

arrow Ətraflı
Azərbaycanda ilk dəfə “unudulmaq hüququ” Ali Məhkəmə səviyyəsində izah edildi like
  • 13 Fev 13:23  
Digərləri Azərbaycanda ilk dəfə “unudulmaq hüququ” Ali Məhkəmə səviyyəsində izah edildi

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu "İnsan h�

arrow Ətraflı