ABŞ bazarı gün ərzində 1 trilyon dollar itirib
Digərləri 13 Fev 2026 15:50:00 92 0
13 fevral tarixində ən böyük IT şirkətlərinin səhmlərində kəskin eniş baş verib və bunun nəticəsində ABŞ bazarı kapitalizasiyada 1 trln dollar itirib.
Bu xəbəri də oxu: Hasan Canın narkotik testinin nəticəsi açıqlandı
Son.az xəbər verir ki, bu barədə The Financial Express məlumat yayıb.
Qəzetin yazdığına görə, investorlar texnologiya və nəqliyyat sektoru da daxil olmaqla riskli aktivlərdən kütləvi şəkildə çıxıblar. Bu fonda daha qoruyucu hesab edilən aktivlərə - kommunal xidmət və daşınmaz əmlak şirkətlərinin səhmlərinə tələbat artıb.
Belə ki, NASDAQ Composite indeksi ticarətin yekunlarına əsasən 2.03% itirərək 22 597.15 bəndə düşüb. S&P 500 indeksi 1.6% azalaraq 6 832.76 bənd olub. Dow Jones Industrial Average indeksi isə 1.34% geriləyərək 49 451.98 bənd səviyyəsində bağlanıb.
Xüsusilə fərdi kompüter istehsalçıları sektoru ciddi itkilərlə üzləşib. Buna səbəb Çinin Lenovo şirkətinin yaddaş çiplərinin çatışmazlığı fonunda tədarük problemləri barədə xəbərdarlığı olub. Bu açıqlamadan sonra HP səhmləri 4.5%, Dell Technologies səhmləri isə 9% ucuzlaşıb.
Nəqliyyat sektoru da əhəmiyyətli azalma göstərib. Dow Jones Transport Average indeksi 4% enib. Expeditors International şirkətinin səhmləri isə 13.2% dəyər itirib.
Ayxan Son.az
Türkiyənin Antalya vilayətinin 7 rayonunda sel təhlükəsinə görə məktə
Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Gəray qızı Sadiqli vəfa
Həbrçilərin pensiyalarının hesablanma qaydası qanunda öz əksini tapıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən "Göyərçin" abid
"Şərq-Qərb" ASC fəaliyyətini davam etdirir.
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
KİV-də deputat Günay Ağamalı qəza törətməsi ilə bağlı xəbərlər ya
Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən Əbdülsaməd Atayev
Dünən İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İ
"Komedixana"nın aktrisası Mələk Kazımovanın robotla qarşılaşd
Müğənni Sevda Yahyayevanın həkim həyat yoldaşı Zakir Bayramov açıqlama
